" Kommunikasiya vasitələri " mövzusuna həsr edilmiş dəyirmi masa keçirildi

Məktəbimizin " Rəqəmsal bacarıqlar " və " STEAM " müəllimi Qasımova Aludə 7ə sinif şagirdləri ilə XXI əsrin aktual mövzularından olan " Kommunikasiya vasitələri " mövzusuna həsr edilmiş dəyirmi masa keçirdi. Müzakirə zamanı müəllim şagirdlərə indiki dövrdə hansı ünsiyyət vasitələrindən istifadə olunur , bulud yaddaşın nə olduğunu və onunla iş qaydasını, google xidmətləri ilə iş prinsipi, internet şəbəkəsində təhlükəsiz iş qaydaları haqqında ətraflı məlumat verdi, həmçinin şagirdlər də bu mövzular haqqında öz fikirlərini söylədilər.