Biologiya fənnindən “Balıqlar” mövzusunda açıq dərs keçirildi

Biologiya fənnindən “Balıqlar” mövzusunda fənn müəllimi Cəfərova Sevil tərəfindən açıq dərs keçirildi. Sinif şagirdlərindən ibarət 4 komanda təşkil olundu. Hər komandada 4 şagird iştirak edirdi: "BÖLGƏ"; "NƏRƏ"; "KÜTÜM", “ÇƏKİ”. Hər qrup üçün 3 sual hazırlandı. "BÖLGƏ" komandası üçün hazırlanan suallar: 1) Qığırdaqlı və xordalı balıqların müqayisəsi. Venn diaqramı. 2) Şəkil üzrə iş. Balığın qan-damar sistemi. 3) Sinir sisteminin quruluşu. "NƏRƏ" komandası üçün hazırlanan suallar: 1) Sümüklü və qığırdaqlı balıqları araşdırmaq. 2) Xordalılar ilə onurğasızların müqayisəsi. 3) Balığın daxili quruluşu haqqında məlumat. "KÜTÜM" komandası üçün hazırlanan suallar: 1) Balığın skileti haqqında məlumat. 2) Qəlsəmələrin quruluşu. 3) Şəkil üzrə iş (Balığın xarici üquruluşu). " ÇƏKİ " komandası üçün hazırlanan suallar: 1) Balığın sinifləri. 2) Ekoloji qruplar. 3) Çoxalması və inkişafı. Beləliklə açıq dərsin sonunda (təqdimat, əməkdaşlıq, mövzunun çətinliyi, nizam-intizam) mərhələlərindən ibarət ümumiləşdirmə aparıldı. Ümumiləşdirmənin nəticəsinə görə: "BÖLGƏ" komandası daha yaxşı cavab verərək “5” qiyməti ilə qiymətləndirildi.