Xəzər rayonu müəllimləri arasında "Heydər Əliyevin" 100 illik yubileyinə həsr olunmuş voleybol yarışı keçirildi

    Xəzər rayonu 121 nömrəli tam orta məktəbin, Xəzər rayonu İdman və Gənclər İdarəsi, həmçinin Xəzər Rayonu ATİAHİ-nin birgə təşkilatçılığı ilə Xəzər rayonu müəllimləri arasında "Heydər Əliyevin" 100 illik yubileyinə həsr olunmuş voleybol yarışı keçirildi. Yarışda Xəzər rayonunun 121, 117, 149, 218, 326, 88, 292, 26, 181, 226 nömrəli tam orta məktəblərinin komandaları iştirak edirdi. Yarışı giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov ümummilli liderimiz Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açdı, məktəblilərin və gənclərin sağlamlığının qorunması istiqamətində görülən işlərdən bəhs etdi. İdman yarışında iştirak edən qonaqlardan Həzərxan Əbilov, Xəzər Rayonu Gənclər və İdman İdarəsinin müdiri Vüqar Əliyev, 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə xanım Baxşıyeva, 121 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, eləcə də idman yarışında təşəbbükarlığı ilə fərqlənən Şıxamir Qurbanov çıxış edərək yarışa ev sahibliyi edən 121 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifova minnətdarlıqlarını bildirdilər, iştirakçılara uğurlar arzuladılar. Həyəcanlı anlarla yadda qalan yarışın nəticəsinə görə 149 nömrəli tam orta məktəbin komandası birinci yeri, ev sahibi 121 nömrəli tam orta məktəbin komandası ikinci yeri, 26 nömrəli tam orta məktəbin komandası üçüncü yeri qazandı. Yekunda maraqlı idman yarışının qalibləri Xəzər rayonu Gənclər və İdman İdarəsinin tərəfindən fəxri diplomlarla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi