" Çirklənmə, onun ətraf mühitdə neqativ təsirləri və onların qarşısının alınması yolları " mövzusunda debat təşkil edildi

“Conversation Club”da “ ingilis dili müəllimləri Çinarə Abbasova və Günel Bayramova tərəfindən “Çirklənmə, onun ətraf mühitdə neqativ təsirləri və onların qarşısının alınması yolları “ mövzusunda debat təşkil edildi. Debatda məktəbin direktoru Zaur Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov , kiçik akademiyanın prezidenti Turan Məcidova , metodbirləşmə sədri Nazdıxanım Dadaşova , ingilis dili müəllimi Şəlalə Məmmədova və 6, 7, 8, 10 - cü sinif şagirdləri iştirak etmişdir. Dərsin əsas məqsədi şagirdlərdə ekoloji savadlılığı artırmaq, ətraf mühitin qorunmasının səmərəli üsul və vasitələrini şagirdlərlə müzakirə etmək idi. Günümüzün aktual problemlərindən sayılan hava, su , torpaq, plastik və müharibə ilə əlaqədar yaranan çirklənmə və onun mənfi təsirləri haqqında ətraflı videolar nümayiş etdirildi və şagirdlər tərəfindən bu çirklənmə növlərinin yaratdığı problemlər və onun aradan qaldırılmasının əlverişli üsulları qeyd edildi. Dünyada ən təhlükəli ekoloji çirklənmə növlərindən sayılan “ Müharibə və onun mənfi təsirləri “ mövzusuna geniş yer verildi . Şagirdlər Qarabağ və Ukrayna müharibələrininin ekoloji cəhətdən mənfi amillərini vurğuladılar. Şuşada eko – fəalların təşkil etdiyi dinc aksiyalar və aksiya iştirakçılarının tələbləri haqqında ətraflı məlumat verildi. Daha sonra Cənab prezident İlham Əliyevin Qarabağ müharibəsi ilə əlaqədar xarici jurnalistlərə verdiyi müsahibəsi təqdim edildi. Və bir daha müharibənin çözüm yolu olmadığı , sülhün bəşəriyyətin duyduğu ən qiymətli vasitə olduğu vurğulandı. Sonda hər bir “ Conversation Club “ üzvləri fəal iştiraklarına görə müəllimələr tərəfindən sertifikatllarla təltif edildi. “Planetimizi qoruyaq ! Təbiəti yaşıllaşdıraq “ ənənəsinə sadiq qalaraq məktəbin direktoru müəllimlər və şagirdlərlə bilked məktəbin həyətində ağaclar və güllər əkərək mövzunu yekunlaşdırdılar .

the school teachers Chinara Abbasova and Gunel Bayramova organised a debate dedicated to the “ Pollution , its negative effects on the environment, and the ways of preventing it” in the Conversation Club. The school director Zaur Yusifov, , deputy director for training Jeyhun Asgarov, the president of the small academy Turan Majidova, English teachers Nazdikhanim Dadaşova, Shalala Mammadova and 6th , 7 th , 8 th , 10th grade students participated in the debate as well. The main purpose of the debate was to improve the students’ ecological literacy, and to discuss the advantageous means and ways of protecting the environment. Detailed videos were shown about air, water, soil , plastic and war-related pollution and its negative effects, which are considered as urgent problems of today, and the problems caused by these types of pollution and convenient ways of eliminating them were mentioned by the students. One of the most dangerous types of pollution – War pollution and its crucial effects were also widely mention in the debate. The students emphasized the ecologically negative factors of the Karabakh and Ukrainian wars. Vast information was given about the peaceful actions organised by Eco-activists in Shusha and the demand of the action participants. Mr. President İlham Aliyev’s interview with foreign journal regarding the Karabakh war was also displayed .And once again ,it was emphasized that war is not the solution but peace is the most powerful tool for humanity. At the end, each “Conversation Club” member was awarded with the certificates by the teachers for their active participation. In conclusion, keeping with the slogan “ Go green ! Let’s protect our planet Earth! “, the school director , together with the teachers and students planted trees and flowers in the school yard.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi