Şagirdlərimiz " Suraxanı gəmi muzeyini " ziyarət etdilər

5-6-7 - ci sinif şagirdlərimiz " Suraxanı gəmi-muzeyi " - nə ekskursiya etdilər. Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır.