Psixodiaqnostik iş

İnsan fəaliyyətinin tənzimlənməsində emosiyalar əhəmiyyətli rola malikdir.Emosuyalar bir çox funksiyanı yerinə yetirir.Kominikativ , motivasiya,tənzimləmə , siqnal və qoruyucu kimi rolu var. Emosiyalar bütövlükdə insanın idrak proseslərinə təsir edərək onların xarakter və istiqamətini müəyyənləşdirə bilər.Emosiyaların insan davranışına təsiri zamanı sevinc,kədər ,qəzəb,qorxu və bu kimi emosiya və emosiyonal hallar yarana bilir.
Fərdi davranış formalarında fərdi psixoloji xüsusiyyətlərdən aslı olaraq emosiyaların təzahürü də, fəaliyyətə təsiri də müxtəlif olur .Bu baxımdan təlim fəaliyyəti digər fəaliyyət növlərindən fərqlənir və şəxsiyyətin idrak fəallığının səviyyəsi ,sürəti və məhsuldarlığı onun yaşadığı emosiyalarla şərtlənir.
Məktəb psixoloqu Samirə Rzayeva 8 d sinif şagirdləri ilə psiqodiaqnostik iş istiqamətində şagirdlərin emosional vəziyyətini və xarakterin güclü tərəflərini müəyyən etmək məqsədi ilə testlər tətbiq etmişdir.