" Dəyirmi masa " keçirildi

Bu gün məktəbin kitabxana müdiri İmanverdiyev Gülnarə tərəfindən 9May Faşizm üzərində Qələbə Günü"nə həsr edilmiş" Dəyirmi masa"təşkil edilmişdi.
"Dəyirmi masa" da Təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov, Tərbiyə işləri üzrə direktor müavini, təşkilatçı Kərimova Elnarə, Kitabxanaçı Qasımova Minayə və Tarix müəllimi Əliyeva Vəsilə və 9-10-11 sinif şagirdləri iştirak edirdilər.
Tarix müəllimi Əliyeva Vəsilə Faşizm üzərində qələbədə xalqımızın misilsiz xidmətlərindən, oğul və qızlarımızın rəşadətindən bəhs etdi. "Dəyirmi masa" nın təşkilinin əsas məqsədi gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması və tariximizin şagirdlər tərəfindən dərindən mənimsənilməsi idi.