Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir Zirvəsən" adlı ədəbi-bədii gecə keçirildi

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir Zirvəsən" adlı ədəbi-bədii gecə
Məktəbin Riyaziyyat müəllimi Pərvanə Babayevanın rəhbəri olduğu 7ə sinfi ilə birgə təşkil etdiyi "Sən elə bir Zirvəsən" adlı ədəbi - bədii gecə Ümumilli liderimiz Heydər Əliyevin 100 illik yubliyeninə həsr edilmişdi. Tədbir Himnimizin sədaları ilə başladı.
Tədbirin əsas məqsədi Heydər Əliyevin Azərbaycanın inkişafındakı müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənc nəslə çatdırılmasındakı rolundan bəhs etmək idi. Tədbirdə Ümummilli liderimizə həsr edilən şeirlər söylənildi, mahnılar ifa edildi. Həmçinin 44 günlük Müharibədən, qazanılan qələbədən də bəhs edildi. Məktəbin direktoru Zaur Yusifov çıxışı zamanı Heydər Əliyevin Azərbaycan tarixindəki, mədəniyyətindəki misilsiz yolundan söhbət açdı. Tədbirin sonunda Ali baş komandan İlham Əliyevin :"Mən fəxr edirəm ki, ata nəsihətini yerinə yetirdim!" cümləsi səsləndirildi, tədbir "Azərbaycan" musiqisinin sədaları altında bitti.