"Cisimlərin üzmə şərti: gəmilərin üzməsi. Havada uçma" mövzusunda açıq dərsi keçirildi

Məktəbin fizika müəllimi Həsənova Şövkətin 7ə sinfində "Cisimlərin üzmə şərti: gəmilərin üzməsi. Havada uçma" mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavinləri H.Bayramova və C.Əsgərov, m/birləşmə rəhbəri S.Kərimova, digər fənn müəllimləri: S.Cəfərova, B.Quliyeva, B.Bayramova iştirak etdilər. Mövzu şagirdlərə təcrübələr əsasında mənimsədildi. Şagirdlər arasında qarşılıqlı müzakirələr aparıldı. Açıq dərsin sonunda qoyulan məqsədə nail olundu. Dərsdən sonra açıq dərsin müzakirəsi aparıldı.