“Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda konfrans

Məktəbin 7ə sinfi ilə Ümummill lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məktəbin Rəqəmsal bacarıqlar və STEAM müəllimi Aludə Qasımova tərəfindən konfrans keçirildi. Konfrans dövlət himnimizin səslənməsi ilə başladı. Ümummilli liderin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Konfransda məktəbin təlim tərbiyə işləri üzrə direktor müavinləri Ceyhun Əsgərov və Elnarə Kərimova, məktəbin psixoloqu Afər Kərimova, İnformatika müəllimi Xəyalə Abbasova iştirak etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov Ümummilli lider Heydər Əliyev və milli-mənəvi dəyərlərimizlə bağlı öz fikirlərilə çıxış etdi. Belə ki, o, ulu öndərin incəsənət sahəsində fəaliyyəti, onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər və.s haqqında fikirlərini şagirdlərlə bölüşdü. Təşkilatçı Elnarə Kərimova çıxış edərək bildirdi ki, şagirdlərin nitqi çox səlis, axıcı, verdiyi məlumatlar isə olduqca dolğun və dəqiq idi. Buraxılan səhvlər müəllim tərəfindən yerindəcə düzəlirdi. Bir sözlə müəllimlər öz fikirlərində həmfikir olduqlarını bildirdilər.