Ekologiya və İqtisadiyyat layihəsi çərçivəsində tədbirlər davam edir

“Ekologiya və İqtisadiyyat” layihəsi çərçivəsində məktəbimizdə “Təbii sərvətimiz-meşələrimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirilmişdir. VIII-IX sinif şagirdləri ilə birgə təbiət fənn müəllimləri “Dəyirmi masa” da meşələrin dəyərli olmasından, onun mühafizə edilməsindən söz açdılar. Meşələrin iqtisadi əhəmiyyətindən danışmaqla yanaşı elektron versiyada məlumatlar verildi. Şagirdlər meşə sənayesinin iqtisadiyyatdakı rolundan danışdılar. I Xc sinif şagirdi Məmmədzadə Fatimə kağız sənayesindən, IXb sinif şagirdi Babazadə Gövhər kağız istehsalı haqqında apardıqları araşdırmaları qeyd etdilər. VIIIa sinif şagirdi Haşımov Əli istifadə olunan kağız məhsullarının təkrar emalından danışaraq ağacların kəsilməkdən qorunmasını vurğuladı. Sonda şagirdlərdən IXb sinif şagirdi İsmayılov Huseyn və IXç sinif şagirdi Seyidov Mirəziz “Yaşıllıqları qoruyaq” adlı səhnəcik göstərdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi