“Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda konfrans keçirildi

“Heydər Əliyev ili”nə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda konfrans keçirildi.Konfranda Təlim Tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov,Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova,müəllimlər və şagirdlər iştirak etdilər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı.Tədbiri giriş sözü ilə tarix müəllimi Şahnaz Dadaşova açaraq Heydər Əliyevin milli mənəvi dəyərlərimizin-soykökümüzün ,adət və ənənələrimizin ,dilimizin və dinimizin qorunub saxlanmasında rolu haqqında məruzə etdi.
Ümummilli liderin “böyük azərbaycanlı” olduğunu vurğulayan müəllim 2001-ci iln noyabrında Dünya azərbaycanlılarının l qurultayının çağırılmasını uzaqgörənlik adlandırdı.
Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirildi.
10A sinf şagirdi Validə Əliyeva “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda təqdimatında böyük öndərin adət ənənələrimizlə bağlı gördüyü işlərdən söz açdı.
Təlim Tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov Ulu öndərin təkcə dövlət rəhbəri yox ,həmdə müdrik bir el ağsaqqalı olduğunu faktlarla vurğuladı.
Sonda tanınmış sənətkarların ifasında ümummilli liderə həsr olunmuş mahnılar səsləndirildi.