Cinsi tərbiyə

Cinsi tərbiyə uşaqların ümumi tərbiyəsinin ayrılmaz hissəsi olub,uşaq böyüyüb yetkin, müstəqil şəxsiyyətə çevrilənədək davam edir.Uşaqlara həm ümumi,həm də cinsi tərbiyənin  verilməsi önəmlidir .Yaş dövrünə uyğun olaraq uşaq, yeniyetmə və gənclərin cinsi tərbiyəsi üzrə adətən dörd mərhələdə iş aparılır .
1.Məktəbəqədər uşaqlar ilə ailə şəraitində aparılan cinsi tərbiyə işi.
2. Kiçik məktəb yaş dövründə aparılan cinsi tərbiyə işi.
3.Yeniyetməlik yaş dövründə aparılan cinsi tərbiyə işi.
4.İlk gənclik və gənclik yaşı dövründə aparılan tərbiyə işləri.
Orta təhsil dövründə verilən cinsi tərbiyə valideynlərin tərbiyəsi ilə yanaşı müəllimlərin də cinsi tərbiyə ilə bağlı apardıqları  məqsədyönlü ,sistemli və planauyğun işlər gələcəkdə baş verə biləcək bir sıra xoşa gəlməz halların qarşısını almış olur.Beləki yeniyetmələrin düzgün  marifləndirilməsi məqsədi ilə məktəb psixoloqu Samirə Rzayeva VIII - IX sinif şagirdlərinin iştirakı ilə " Cinsi tərbiyə məsələləri " mövzusunda psixoprofilaktik iş təşkil etdi . Psixoloq oğlan və qızların arasında qarşılıqlı münasibətlərin formalaşması ,hisslərin tərbiyə olunması,davranış xüsusiyyətlərinin inkişafı haqqında məlumat verərək milli mənəvi dəyərlərin qorunması, şagirdlərin sağlam düşüncəli böyüməsinin əhəmiyyətini vurğuladı.Şagirdlər mövzu ilə elaqədar öz fikirlərini bildirdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi