"Mənəvi dəyərlərimizi qoruyaq" adlı tədbir keçirildi

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar milli- mənəvi dəyərlərimizi qoruyaq lahiyəsi çərçivəsində məktəbin tarix müəllimi Nadir İmanverdiyevin rəhbərliyi ilə məktəb kitabxanasında "Mənəvi dəyərlərimizi qoruyaq" adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktor müavinləri C.Əsgərov,E.Kərimova,tarix müəllimi N.İmanverdiyev,kitabxana müdiri G.İmanverdiyeva və məktəbin 9-cu sinif şagirdləri iştirak edirdilər.
Tədbiri çıxış sözüylə açan N.İmanverdiyev Ulu öndər H.Əliyevin keçdiyi zəngin həyat yolu və müstəsna fəaliyyətindən söhbət açdı.Daha sonra C.Əsgərov dahi şəxsiyyətin qeyri-adi idarəçilik bacarığından,uzaqgörən və məqsədyönlü qərarlarından və s.kimi yüksək insani keyfiyyətlərindən danışdı.Şagirdlər Ulu Öndərə həsr olunmuş kitab və digər mətbu əsərlər,məqalələrlə tanış oldular