Breyn - rinq keçirildi

Fizika müəllimi Şövkət Həsənovanın təşkilatçılığı ilə 7-b,7-d və 7-ə sinifləri arasında "Breyn-rinq" bilik yarışı keçirildi. Yarışda təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov, riyaziyyat müəllimi Ülviyyə Pəncəliyeva və Azərbaycan dili müəllimi Samral Ələkbərova iştirak edirdi. Bu yarışda şagirdlərin fizika fənnindən bilik səviyyələri yoxlanıldı və qalib müəyyən edildi. 7b sinfinin "Eynşteyn" komandası 1-ci yerə, 7ə sinfinin "Arximed" komandası 2-ci yerə, 7-d sinfinin "Nyuton" komandası isə 3-cü yerə layiq görüldü. Qaliblər diplomlarla təltif olundular.