Şəxsiyyətlər unudulmur

 

      Şəxsiyyətin kamillik dərəcəsi ,onun bu istiqamətdə formalaşması prosesi özü-özünə yaranmır. insanın mənəvi tərbiyyəsi ailədə məktəbəqədər tərbiyə müəssisələrində ,məktəbdən başlayır ,sonralar təhsilin yüksək  pillələrinə möhkəmləndirilir, daha sonralar isə özünütəkmilləşdirmə, ümummədəni səviyyəni artırmaqla davam edir.
      Mənəvi kamilliyin yüksələn xətlə inkişafı prosesində məktəbin yeri və rolu böyükdür.
      Ümummilli liderimiz ,dahi şəxsiyyət Heydər Əliyev məktəbin mənəviyyatı  təmiz , Vətən və xalq qədri bilən ,mədəniyyəti , milli adət-ənənələri ,tarixini elmini dərindən öyrənən gənclər yetişdirmək vəzifəsini çox aydın və konkret şəkildə müəyyənləşdirərək deyirdi:
      "Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək ,mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".Təsadüfü deyil ki dünya şöhrətli siyasi xadim ,ulu öndərimiz Heydər Əliyev Azərbaycan gəncliyinin ,hər bir ölkə vətəndaşının milli ruhda tərbiyə olunmasını milli mənəvi dəyərlərimiz əsasında formalaşmasını bütün mənalı həyatı boyu diqqət mərkəzində saxlamış,bu istiqamətdə  təhsil işçiləri qarşısına böyük və məsuliyyətli vəzifələr qoymuşdur.
      Bu gün "Həyatın astanasında" dayanan məktəb şagirdlərinə aşılanması zəruri olan mənəvi anlayışlar içərisində onların mənəvi dünyagörüşünü,düzgün tərbiyə  formalaşdırılması məqsədi ilə   məktəbin 5, 6,7  sinif     şagirdlərinin iştirakı ilə " Şəxsiyyətlər unudulmur" adlı tədbir təşkil olundu.Tədbirdə məktəb direktoru Zaur Yusifov, təlim-tərbiyə  işləri üzrə direktor müavini Ceyhun  Əsgərov ,psixoloqlar Samirə Rzayeva, Afər Kərimova təcrübə və müşahidələrinə əsasən şagirdlərdə milli iftixar və vətənpərvərlik duyğularının inkişaf etdirilməsində dəstək məqsədi ilə şagirdlərə  mənəvi tərbiyəvi mövzularda əhəmiyyətli maarifləndirici töhfələr verdilər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi