Şagirdlərimiz " Üzeyir Hacıbəylinin " ev muzeyini ziyarət etdilər

Məktəbin musiqi müəllimi Məmmədova Gülnaz 6e sinif şagirdləri ilə birlikdə milli musiqimizi dünyaya tanıdan, Azərbaycanda ilk milli operanın yaradıcısı olan, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev muzeyi ilə tanış oldular. Məqsəd milli musiqimizə hər zaman dəyər vermək, Azərbaycan və dünya mədəniyyətinin görkəmli nümayəndələri ilə şagirdləri yaxından tanış etmək idi.Şagirdlər muzeydə bəstəkarın həyat və yaradıcılıği ilə bərabər, bir çox görkəmli , tanınmış nümayəndələr ilə də tanış oldular və muzeydən gözəl təəssüratlarla qayitdılar