Metodşura iclası keçirildi

Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub.Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır.Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi,milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolu var.
Bununla bağlı məktəbimizdə " Dəyərlərimizi qoruyaq" adlı layihənin icrası ilə bağlı tədbirlər planının həyata keçirilməsinə dair iclas keçirildi.İclasda dərs hissə müdiri H.Bayramova,təşkilatçı E.Kərimova,fənn metodbirləşmə sədrləri və Kiçik Akademiyanın sədri iştirak edirdi.
Çıxış edən dərs hissə müdiri H.Bayramova çıxışında Azərbaycan xalqının hər zaman milli dəyərlərə sadiqlik göstərib,bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirdiyini qeyd etdi.Bu məqsədlə məktəbimizdə görüləcək işlər qeyd olundu.Eləcə də hər bir fənn metodbirləşməsinin üzərinə düşən vəzifələr və işlər müəyyənləşdirildi. Ayrı- ayrılıqda təşkilatçı,fənn metodbirləşmə sədrlərinin,Kiçik Akademiyanın icra edəcəyi işlər və onların icra vaxtı qeyd olundu.