Dəyərlərimizi qoruyaq!

Baharın gəlişini Azərbaycan xalqı ən qədim adətlərindən biri olan Novruz şənlikləri ilə qeyd edir. "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı tədbirlər planına uyğun olaraq, Novruz şənliyinə həsr olunmuş "Dəyərlərimizi qoruyaq!" adlı tədbir-musiqili kompozisiya keçirildi.Məktəbin təşkilatçısı Elnarə Kərimova, uşaq birliyi rəhbəri Sevda Əliyeva, sinif rəhbərlərinin təşkilatçılığı altında qeyd edilən şənlik maraq dolusu anlarla yadda qaldı. Şənliyi giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov məktəbin müəllim və şagird kollektivini təbrik edərək bu günün qədim tarixi, xalqımız, o cümlədən bütün türk xalqları arasında əhəmiyyətindən bəhs etdi. Tədbirdə iştirak edən qonaqlar, öz növbələrində, təbriklərini bildirdilər. Şagirdlərin maraqlı kompozisiyaları ilə yadda qalan bahar şənliyində məktəblilər gözoxşayan novruz dekorasiyaları nümayiş etdirdilər, idman nömrəlləri ilə tədbirə rəng qatdılar.