1- ci siniflər arasında şeir müsabiqəsi

Məktəbimizdə birinci siniflər arasında "Ana yurdum Azərbaycan" adlı şeir müsabiqəsi keçirildi.Müsabiqənin şərtlərinə əsasən, seçilmiş şeirin mövzuya uyğunluğu,  məzmuna uyğun  jest və  mimikalardan,  səs tonundan, intonasiyadan   məqsədyönlü  istifadə   edilməsi,  nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün  ayrılmış vaxta riayət edilməsi əsas meyarlar idi.Şagirdlərin qiymətləndirilməsində təlim tərbiyə işləri direktor müavini Kərimova Elnarə,  ibtidai siniflər üzrə direktor müavini Xanlarova Tahirə,  uşaq birliyi rəhbəri Əliyeva Sevda iştirak etdi.Birinci yerə 1 a sinif şagirdi İbrahimov Ömər və 1 ə sinif şagirdi Aydəmir Əhmədov, ikinci yerə 1 a sinif şagirdləri Məmmədli İlyas və Həsənbəyova Ruqəyya,    üçüncü yerə isə 1 c sinif şagirdi Babayeva Bətül və 1 b sinif şagirdi Vəlizadə Afiq layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi