"Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu" mövzusunda tədbir

1 mart 2023-cü il tarixində  Xəzər rayonu 121 nömrəli tam orta məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq "Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu" mövzusunda tədbir keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları: polkovnik-leytenant Hüseyn Həsənov, mayor Cəsarət Kərimov, mayor Emil Hüseynov, baş leytenant Elsevər Hüseynov, həmçinin Dövlət Yanğın Nəzakəti İdarəsinin əməkdaşları mayor Elvin Sadıqov, kapitan Rövşən İsmayılov, o cümlədən Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi,mayor Vüsal Fətullayev, həmin şöbənin baş zabitləri kapitan Zaur Xələfov, kapitan Ərəstun Mahmudov və Xəzər Rayonu İcra Hakimiyyətindən Vəli Vəliyulla müəllim iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov mülki müdafiə qaydadalarına əməl etməyin zəruriliyini vurğuladıqdan sonra sözü Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına verdi. Daxili xidmət mayoru Vüsal Fətullayev "Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu" mövzusunda təqdimat etdi. Kapitan Zaur Xələfov "Fövqəladə hallar zamanı əhalinin və işçilərin xəbərdar edilmə üsul və vasitələri" mövzusunda çıxış etdi. Kapitan Ərəstun Mahmudov isə  "Kimya əmlaklarının və tibbi ləvazimatların nümayişi"  mövzusunda əyani vəsaitlərlə şagirdləri tanış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi