"Bizə qalibiyyət yaraşır!" Mövzusunda dəyirmi masa

28 fevral tarixində məktəbin VIII -lX sinif şagirdlərnin iştirakı ilə psixoprofilaktik iş istiqamətində "Bizə qalibiyyət yaraşır !" mövzusunda dəyirmi masa keçirildi. İdmanla məşğul olmaq yeniyetmələrin həyatında mühüm rol oynaması baxımından təhsil alanlara məktəb psixoloqu Samirə Rzayeva idman psixologiyası haqqında geniş məlumat verdi. Psixoloq bildirdi ki,yarışda həm qələbə, həm də məğlubiyyət bir başa psixoloji faktorla bağlı olan məsələdir.İdmana psixoloji hazırlığın əsasında sarsılmaz inam,emosiyaları tənzimləmə qabiliyyəti, sürətli reaksiyaya malik olmaq, analitik təfəkkür və s amillər durur.
İdman psixologiyası, psixologiya elminin idman sahələrindəki ruhi- psixi-emosional mexanizmlərin mövcudluğunu və vəziyyətini araşdıran psixologiya sahəsidir .
İdman psixologiyası zehini qabiliyyətlərin və performansın maksimum səviyyəyə çatdırılmasında və psixoloji bacarıqların inkişaf etdirilməsi ilə əlaqədardır bunun içində idmançını yalnız fiziki fəaliyyət edən bir fərd olaraq deyil,onu zehnin işləmə tərzi ,şəxsiyyət quruluşu, duyğuları,motivasiyası və daha bir çox faktorları ilə birlikdə bir bütün olaraq ələ alır .İdman psixologiyası insan beyninin iş şəklini və idman təsirini araşdırmağa alır və idmançıların zehinlərinə nəzarət etmələrində, fiziki qabiliyyətlərindən ən yaxşı şəkildə istifadə etmələrində və yüksək müvəffəqiyyət səviyyələrinə doğru yönəlmək üçün lazımlı vasitələri təqdim edir .