"Bullinqə yox deyək!" mövzusunda dəyirmi masa

Son zaman dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsil alanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır.Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir.Bullinq bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illər məktəblərdə tez- tez yayılıb.
Bütün uşaqlar gec -tez bullinqlə rastlaşırlar , ya qurban, ya incidilən şəxs və ya şahid kimi  .Bütün bu hallar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.Bele halların qarşısının alınması məqsədi ilə məktəb psixoloqu Samirə Rzayeva 8ç sinif şagirdləri ilə " Bullinqə yox deyək"mövzusunda dəyirmi masa təşkil etdi .Psixoloq bir və ya bir qurup uşağın başqa bir uşağa qarşı bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiv davranışların müşahidə olduğu halında məktəb rəhbərliyinə bu barədə şagirdlərin məlumat verməsinin vacibliyini şagirdlərə bildirdi. Bullinqə məruz qalan şagirdin psixoloji  durumunda baş verəcək fəsadlar haqqında şagirdlərə geniş məlumat verdi .Dəfələrlə Bullinqin qurbanı olmuş şagirdlərin sonrakı həyatlarında xəstəlik və psixoloji problemlərlə üzləşmə ehtimalı daha yüksəkdir.Zorakılıq uşaqlarda bəzi tramvalara,uzunmüddətli  depressiyaya səbəb ola biləcəyini də psixoloq qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi