"Mənim dilim" adlı ədəbi - bədii gecə keçirildi

"Mənim dilim" adlı ədəbi - bədii gecə keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.
Tədbirdə iştirak edən şagirdlər bir-birinin ardınca dilimizin saflığı, ahəngdarlığı, ana laylası kimi əziz və müqəddəs olması ilə bağlı şeirlər söylədilər. Səhnəciklər, rəqslər, mahnılar tədbirə bir rəngarənglik qatdı. Şagirdlərimiz dilimizlə bağlı şeirlərlə, mahnılarla yanaşı, həm də Vətənimizə-Azərbaycanımıza həsr olunmuş şeirlər dedilər. Tədbir şagirdlərimiz tərəfindən səsləndirilən "Xudayarın təsnifi" və "Azərbaycan" şeiri ilə başa çatdı.
Məktəbin direktoru Zaur müəllim çıxışında bildirdi ki, Vətən də, dilimiz də bizim üçün müqəddəsdir, əzizdir, onları qorumaq bizim hər birimizin borcudur.