İngilis dili fənnindən nümunəvi dərs keçirildi

Məktəbin Xarici dillər ( İngilis dili) metodbirləşməsinin sədri Dadaşova Nazdıxanım müəllimin nümunəvi dərsi keçirildi.Dərs 1-ci sinifdə idi.Mövzu "Round up" yəni təkrarlama olduğundan dərs ilinin əvvəlindən keçilən bütün bölmələr təkrar olundu.Məktəbin direktoru Zaur Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov, ibtidai siniflər üzrə direktor müavini Tahirə Xanlarova, İngilis dili müəllimi Xavər Bayramova , ibtidai sinif müəllimi Vüsalə Məmmədova nümunəvi dərsdə iştirak etdilər.Dərsdə Warm up, Play time, Introducing ourvelves və s.mərhələləri oldu. Bildiyiniz kimi ibtidai siniflər Angela Padronun "Happy English" dərsliyindən öyrənirlər.  Belə ki, dərsdə həm " Happy teacher" , həm də "Happy class" atmosfer i yaradılmışdı. Şagirdlər I have got... , This is my... , I like... tipli müxtəlif cümlələr qurmaq bacaranlarını , ilk nitq vərdişlərini nümayiş etdirdilər. 
   Sonra nümunəvi dərsi n müzakirəsi keçirildi.Dərsin yüksək səviyyədə keçirildiyi və həqiqətən nümunəvi olması vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi