Mübariz İbrahimovun anım günü ilə əlaqədar siniflərdə videoçarxlar göstərildi

Vətən qaladır. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.07.02.1988- ci ildə anadan olan Mübariz İbrahimovun anım günü ilə əlaqədar məktəbin direktor müavini Tahirə Xanlarova və  təşkilatçı Elnarə Kərimova və sinif rəhbərlərinin iştirakı ilə siniflərdə videoçarxlar göstərildi,əlavə məlumatlar  verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi