"Narkomaniya ümumbəşəri bəladır və internetdən təhlükəsiz istifadə" mövzusunda maarifləndirici söhbət

Məktəbin direktoru Zaur Yusifov, Xəzər Rayonu Polis İdarəsi yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis mayoru Eldar Əliyev, Xəzər Rayonu Polis İdarəsi yetkinlik yaşına çatmayanlarla işin təşkili bölməsinin baş inspektoru polis kapitanı Xəyalə Həsənova və Xəzər Rayonu Polis İdarəsi yetkinlik yaşına çatmayanlarla işin təşkili bölməsinin inspektoru polis leytenantı İsmixan Səfərzadənin iştirakı ilə yuxarı sinif şagirdləri arasında "Narkomaniya ümumbəşəri bəladır və internetdən təhlükəsiz istifadə" mövzusunda maarifləndirici söhbət aparıldı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov bu məsələdə yeniyetmələrin məsuliyyətli olmağından, məktəb - şagird - valideyn  münasibətlərinin sağlam təşkilindən bəhs etdi. Xəzər Rayonu Polis Şöbəsinin əməkdaşları, öz növbəsində, şagirdlərlə faydalı diskussiya qurdular, məktəblilərə çeşidli suallar ünvanlayaraq sözügedən məsələyə ətraflı şərh verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi