Mūəllimlərdə emosional yorğunluğun qiymətləndirilməsi.

İnsan həvəslə hansısa bir işə başlayır ,tam fədakarlıqla çalışır ,sonra birdən - birə ruhdan düşür .Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik ,laqeydlik yaranır.İnsan daxilində bir boşluq hiss edir .Mütəxəssislər bu prosesi"emosional yanma sindromu"və ya "tükənmişlik sindiromu" adlandırırlar . Yanma sindiromu deyəndə insanda emosional,zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur .
Müəllim peşəsi tükənmişlikdən daha çox təsirlən peşələrdən biridir. Müəllimin fəaliyyəti sözün həqiqi mənasında peşəkar tükənməyə səbəb olan amillərlə əhatə olunur . İş günü ərzində çoxlu sosial əlaqələr ,son dərəcə yüksək məsuliyyət , tükənmişlik sindiromu fiziki, emosional və koqnetiv tükənmə və ya yorğunluğa səbəb ola bilir. Məktəb psixoloqu Samirə Rzayeva tərəfindən müəllimlərin emosional yüklənməsinin müəyyənləşdirilməsi məqsədi ilə anket sorğusu həyata keçirildi . Sorğunun keçirilməsində məqsəd gərginliyin ümumi emosional fonunu,peşəkar fəaliyyətə təsir göstərən qeyri iradi davranışları və şəxsiyyətlər arası münasibətlərin deformasiyasını müəyən etmək idi .