“Hüzn və Milli Qürur Günümuz” mövzusunda Dəyirmi masa” keçirildi

  20  Yanvar  faciəsi  xalqımızın  yaddaşında  hüzn və  kədər, qürur  və  qəhrəmanlıq  səhifəsi kimi  qalmışdır.1990-cı  il  yanvarın  19-dan  20-nə  keçən  gecə  şəhidlərin  qanı  ilə  Azərbaycanın  yeni  tarixi  yazıldı. Bu  tarixi  faciə  Azərbaycan  milli  kimliyinin  formalaşmasına  həlledici  təsir  göstərib,dövlət müstəqilliyinin  bərpa  edilməsində  dönüş  nöqtəsi  oldu.

 20  Yanvar  faciəsi  zamanı  Bakıda  131  nəfər  mülki  şəxs  küçələrdə,  evlərdə , avtomobillərində,  iş yerlərində  öldürülmüş , 744  nəfər  yaralanmış,  841 nəfər  həbs  edilmişdir.

 20  Yanvar  faciəsinin  33-cü  ildönümunə  həsr  olunmuş  “Dəyirmi  masa” keçirildi.Şəhidlərimizin əziz  xatirəsi  1 dəqiqəlik  sükutla  yad  edildi. Masada iştirak  edən  məktəbin  tarix  müəllimi  Şahnaz  Dadaşova  faciənin  tarixi   haqqında  geniş məlumat  verdi. VII  sinif  şagirdləri  20  Yanvar  şəhidləri  içərisində   uşaqların  da  olduğunu  xüsusi  vurğuladılar.

 Xalqımız  yanvarın  22-də  öz  şəhidləri  ilə  vidalaşdı. Şəhidlər  Xiyabanındakı  dəfn  mərasimində  2  milyona  yaxın  insan   iştirak  etdi.Şagirdlər  Məhəmməd  Cəlilov,  Səbuhi  Şahbazlı,  Elnur  Zərbəliyev,  Ruqəyya  Ələkbərova,  Səma  Mamedova , Nailə  Əliyeva  həmin  məşum  günlə  bağlı  məlumat  və  şeirlərini  təqdim  etdilər.Tədbirin  sonunda şagirdlərin hazırladığı  slayd  nümayiş etdirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi