"20 Yanvar -tariximizin qan yaddaşı" adlı tədbir keçirildi

2022-2023-cü tədris ilinin 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar keçiriləcək tədbirlər planına əsasən 18.01.20023-cü il tarixində məktəb kitabxanasında "20 Yanvar -tariximizin qan yaddaşı" adlı tədbir keçirildi.Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kərimova Elnarə,uşaq birliyinin rəhbəri Sevda Əliyeva,kitabxana müdiri Gülnarə İmanverdiyeva,kitabxanaçı Minayə Qasımova , məktəbin Azərbaycan dili müəllimi Umarova Şəbnəm və 8 d sinif şagirdləri iştirak edirdilər.Tədbiri çıxış sözü ilə açan təlim tərbiyə işləri üzrə direktor müavini Elnarə müəllim ilk azadlıq carçılarımız olan 20 Yanvar şəhidlərinin keçdiyi şərəfli yoldan danışdı,onların canı bahasına əldə etdiyimiz müstəqilliyimizin əzəli və əbədi olacağını əminliklə vurğuladı.Bundan sonra kitavxana müdiri G.İmanverdiyeva şəhidlərimizə,onların keçdiyi həyat yoluna həsr olunmuş kitablar və qəzet materialları