BSQ 1 –in keçirilməsinə başlanmışdır

Kollektivimiz I –X siniflərdə BSQ 1 –in keçirilməsinə başlamışdır. Məktəb rəhbərinin əmri ilə BSQ-1 –in mütəşəkkil şəkildə və obyektiv surətdə keçirilməsi üçün komissiya yaradılmış və BSQ-1-in keçirilmə qrafiki təsdiq edilmişdi. Hər bir metodbirləşmədə BSQ-1 test tapşırıqları tərtib edilərək təsdiqlənmiş və şagirdlərin BSQ-1 –dən uğurla çıxmaları üçün lazımı hazırlıqlar və təkrarların aparılması məqsədəuyğun hesab edilmişdir. Hal hazırda BSQ 1 bütün siniflərdə keçirilir. Şagirdlərimizə uğurlar arzu edirik