“Qraf informasiya modelləri ” mövzusunda açıq dərs

Riyaziyyat və informatika müəllimi Zəbiyeva Vəsilə tərəfindən 8b sinfində “ Qraf informasiya modelləri ” mövzusunda açıq dərs keçirildi. Dərs mövzu ilə əlaqədar olaraq təqdimatın nümayişi ilə başladı. Təqdimat əsasında şagirdlərlə birlikdə açıq dərsin mövzusu müəyyənləşdirildi. Şagirdlərin fikirləri dinlənildi. Dərs prosesində müəllim-şagird, şagird-şagird münasibəti yaradıldı. Dərsin izahından sonra isə şagirdlər kompüter arxasına keçərək mövzu ilə bağlı platformada yerləşən tapşırıqları yerinə yetirdilər.
Açıq dərsdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavinləri: H.Bayramova, C.Əsgərov və informatika müəllimi A.Əhmədova iştirak etdilər.