Ekoloji konfrans keçirildi

Məktəbin 8 a sinif şagirdləri “Ev heyvanlarına qulluq” Ekoloji layihədə fəal iştirak etdilər.Şagirdlər evlərində saxlanılan bir çox heyvanlarla necə davranmaq lazımdır istiqamətində təqdimatlar hazırlamışdılar. Konfransda ev heyvanları gətirilərək canlı şəkildə nümayiş etdirilmişdir. Təqdimatlar digər şagirdlərin heyvanlara qulluğu, saxlanılmasında maraq yaratmışdır. Layihənin kordinatoru Biologiya müəllimi Məcidova Turan çıxışında layihənin inkişafı ilə bağlı tövsiyyələrini vermişdir.