Yaşıl layihə

Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, tədqiqatçılıq bacarıqlarının artırılması və yaradıcı şagirdlərin aşkara çıxarılmasıdır. Oktyabr ayından davam edən layihə şagirdlərin bitkilərə qulluğu, bitkilər haqqında maraqlı araşdırmaları nəticəsində sağlamlıqları üçün əhəmiyyətli məlumatlar toplanmasına imkan yaratmışdır. Dərman və dekorativ bitkilərin becəriləsi və yayılması haqqında geniş təqdimatlar hazırladılar. Məktəbin 8-ci sinif şagirdləri sinif otağında dibçək bitkilərinin yetişdirilməsi istiqamətində fəal iştirak etdilər. Bu işdə məktəbin biologiya müəllimi Məcidova Turan şagirdlərlə birgə əməkdaşlıq etmişdir.