"Şuşa ili" adlı tədbir

"Şuşa ili" adlı tədbirdə sinif rəhbəri Gülüs Əhmədova 4d sinfi ilə birlikdə müzəffər ordumuzun tarixi ərazilərinin,o cümlədən qəhrəman Şuşa şəhərinin və Şuşa qalasının azad edilməsi uğrunda qazandığı qələbələrə ithaf olunmuş tədbirdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunmasını, Qarabağın tarixini, görkəmli şəxsiyyətlərini, mədəni irsini, Qarabağ müharibəsini əks etdirən bir sıra səhnəciklər,mahnılar və rəqslər göstərdilər.Tədbirdə Polad Həşimovun anası Səmayə xanım və məktəbimizin,Binə qəsəbəsinin qəhrəman şəhidlərinin anaları,məktəbimizin direktoru Zaur Yusifov ,sabiq direktor Akif Abdullayev və direktor müavinləri Ceyhun Əsgərov ,Tahirə Xanlarova iştirak etdi.