Tarix fənnindən açıq dərs keçirildi

Tarix müəllimi Vəsilə Əliyeva 6 b sinfində Azərbaycan tarixi fənnindən "Manna dövlətinin yaranması və yüksəlişi" mövzusunda açıq dərs keçirtdi.Sinif qruplara bölündü, tapşırıqlar təqdim olundu.Şagirdlər Manna dövlətinin yaranması və yüksəlişi ilə bağlı araşdırmalar və xəritə üzərində iş apardılar,krosvord həll etdilər.Mövzu şagirdlər tərəfindən tam mənimsənildi.Açıq dərsdə iştirak edən məktəb müdriyyəti və fənn müəllimləri dərsdən sonra müzakirə zamanı öz fikirlərini bildirib dərsi yüksək qiymətləndirdilər.