Breyn-Rinq keçirildi

Tarix aylığı ilə əlaqədar şagirdlərin bilik və bacarıqlarının uzə çıxarılması məqsədilə Azərbaycan tarixindən VIII siniflər arasında Breyn-Rinq bilik yarışı keçirildi. Şahnaz Dadaşova və Surəyya Bayramovanın tarix fənnini tədris etdikləri VIIIa, VIIIb ,VIIIc,VIIIç və VIIId sinif şagirdləri 10 sual əsasında biliklərini sınadılar.
Bilik yarışının qalibi 48 balla VIIIb sinfi ,II yerin sahibi 40 balla VIIIç sinfi ,III yerin sahibi 37 balla VIIIa sinfi olmuşdur. Qaliblər yarışın sonunda diplomla mukafatlandırıldılar.