Azərbaycanda xalçaçılıq sənətinin inkişafı.

Xalçaçılıq sənəti Azərbaycanın məşhur xalq sənətləri növlərindən biridir. Xalça sənəti Azərbaycanda çox qədim tarixə malikdir. Bu gün məktəbin Biologiya müəllimi Məcidova Turan 9 e sinif şagirdləri ilə Azərbaycanda xalçaçılıq sənətinin inkişafı ilə bağlı dəyirmi masa təşkil etmişdilər. Azərbaycan xalçaları həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya və texniki xüsusiyyətlərinə görə müxtəlif qruplara bölünür. Xalçaların adları istehsal olunduqları yerlərin adı ilə bağlıdır. Şagirdlər arasında xalçalar haqqında geniş müzakirələr aparıldı. Tədbir diskusiya şəklində davam etdi. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növ müxtəlifliyi deyildi, onunla xalqın mövcudluğunun mənəvi və əxlaqi normaları bağlıdır.