"İnsan alverinin qurbanı olmayaq " adlı dəyirmi masa keçirildi

Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən aparılan mübarizələrdə biri də insan alverinə qarşı mübarizədir.Qeyd edək ki insan alverinə qarşı mübarizə ölkəmizdə də geniş vüsət alıb.Azəebaycan Respublikasının prezidenti 22 iyul 2020- ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cu illər üçün Milli Fəaliyyət Planı"nin icrası ilə əlaqədar ay çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.Bu məqsədlə Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova Psixoloq Samirə Rzayeva Hərbi Rəhbər Seymur Bilalov Dərs hissə müdiri Ceyhun Əsgərov Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva tərəfindən sinif təşkilat saatlarında maarifləndirmə söhbətləri aparılmışdır.21.11.2022- çi il tarixində "İnsan alverinin qurbanı olmayaq " mövzusunda Dəyirmi masa keçirilmişdir .Dəyirmi masada şagirdlərə bu mövzu ilə bağli video çarxlar nümayiş etdirildi ,şagirdlərə ətraflı və geniş məlumat verildi.