Tədrisin keyfiyyətli və səmərəli təşkil olunması istiqamətində müəllimlərlə təlim

Məktəb rəhbərliyi tərəfindən tədrisin keyfiyyətli və səmərəli təşkil olunması istiqamətində müəllimlərlə təlim təşkil edilmişdir. 17.11.2022 tarixində təlim isə həmin məktəbin 1 Ç sinif rəhbəri Hüseynova Türkanə tərəfindən aparılmışdır.
Təlimin 2-ci günündə təlim məqsədləri, təlim nəticələri və alt standartları izah edən istiqamətləndirici mövzular öz əksini tapmışdır. Burada müəllim fəaliyyətinin əsas vəzifəsi isə düzgün və düzgün olmayan təlim nəticələrinin müzakirəsini aparmaq, səmərəli nəticələr əldə etmək üçün şagirdlərlə hansı istiqamətlərdə çalışmağın vacibliyini praktik şəkildə izah etməkdir. Təlim uğurla həyata keçirildi, müəllimlər fəal şəkildə müzakirələrdə iştirak etdilər.