Məktəb rəhbərliyi tərəfindən iclas keçirildi

15.11.2022-ci il tarixində məktəb rəhbərliyi tərəfindən iclas keçirildi. İclasda noyabr ayında məktəbdaxili siniflər arasında oxu sürətinin səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamanın nəticələri müzakirə olundu. Nəticəsi zəif olan müəllimlərə tövsiyyələr verildi.Şagirdlərin zəif olduqları hissələrə necə yanaşılacağı haqqında təkliflər irəli sürüldü. İbtidai sinif müəllimlərindən Atayeva Esmira, Mürsəlova Könül, Məmmədova Aytəkin öz fərqli yanaşmaları ilə fikirlərini bildirdi.Siniflərdə yaranan digər problemlər də müzakirə olundu.