"Uşaq hüquqlarının qorunması" mövzusunda diskussiya

Məktəbin psixoloqu Afər Kərimovanın təşkilatçılığı ilə "Uşaq hüquqlarının qorunması" mövzusunda diskussiya təşkil edildi. Uşaq hüquqları günümüzdə necə qorunması, şagirdlər bu məsələyə nə cür yanaşması ilə bağlı Sokrat dialoqu üsulu tərzində keçən diskussiyada yuxarı sinif şagirdlərinin maraqlı fikirləri səsləndi, erkən nikah probleminə aid kiçik səhnəcik göstərildi. Tədbirdə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ceyhun Əsgərov uşaq hüquq və azadlıqları haqqında öz fikirləri ilə bölüşdü.