“Həyat planeti” mövzusunda açıq dərs

7c sinfində Coğrafiya fənni üzrə müəllim Kərimova Sevincin “Həyat planeti” mövzusunda açıq dərsi keçirildi. Məqsəd şagirdlərin həyat üçün əlverişli şəraitin yalnız Yer planetindəki mövcudluğu haqqında məlumatların öyrənilməsi idi. Şagirdlər həyatın inkişafını sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru inkişaf etdiyi haqda mülahizələrini söylədilər. Tədqiqat işində isə həyatın vacib amilləri ilə bağlı fikirlər səsləndirdilər. Şagirdlər qrup işinə, müzakirə etmə bacarıqlarına görə qiymətləndirildilər. Nəticədə şagirdlər Yerin forma və ölçüləri, cazibəsi, atmosfer təbəqəsinin mövcudluğu, suyun maye halda olması, Yerdə həyatın yaranmasına necə təsir etdiyini öyrəndilər.