“Yerin illik hərəkəti” mövzusunda açıq dərs

Coğrafiya müəllimi Fərid  Abdinov tərəfindən 8b sinfində “Yerin illik hərəkəti” mövzusunda açıq dərs təşkil edilmişdir. İlk öncə mövzu ilə əlaqədar videoçarx nümayiş etdirildi və qruplara şagirdlərin inkişafını formalaşdıracaq tədqiqat sualları verildi, şagirdlər onlara paylanılmış işçi vərəqlərində cavablarını qeyd etdikdən sonra hər bir qrup öz cavablarını təqdim etdi. Şagirdlər öz cavablarını təqdim edərkən həyat ilə əlaqəli şəkildə öz fikirlərini əsaslandırdılar. Cavablar dinlənildikdən sonra ümumiləşdirmə aparıldı və şagirdlər həm fərdi, həm qrup şəklində qiymətləndirmə meyarları əsasında qiymətləndirildilər. Sonda isə refleksiya aparılmış, ev tapşırığı verilmişdir. Dərsin təşkili zamanı fənndaxili, fənlərarası və fənnüstü inteqrasiya,, müasir təlim metodlarından istifadə olunmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi