Zəfər və Bayraq Günü

Məktəbdə Zəfər və Bayraq Günü münasibətilə “Daim ucalsın bayrağım!” adlı şeir müsabiqəsi keçirildi.
Şagirdlərimiz dövlətimizin varlığını sübut edən, millətimin imzasını imzalar içində təsdiqləyən, dalğalandıqca hər birimizdə milli qürur hissi yaradan bayrağımıza və Zəfər Gününə həsr olunmuş şeirləri böyük sevgi hissi ilə söylədilər.
Müsabiqədə qalib gələn şagirdlər fəxri fərmanlarla müdiriyyət tərəfindən mükafatlandırıldılar.