"Dəyirmi masa" keçirildi

Məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi.Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tarix müəllimi Vəsilə Əliyeva bayrağın dövlətçiliyin,müstəqilliyin göstəricisi kimi,"Zəfər tarixi"miz haqqında məlumat verdi. Təlim Tərbiyə işləri üzrə direktor müavinləri Həmişəxanım Bayramova, Ceyhun Əsgərov vətənpərvərlik barədə danışdılar.Sonra X və XI sinif şagirdləri tərəfindən hazırlanan şanlı bayrağımıza həsr olunmuş tarixi məlumatlar verdilər, şeyrlər söylədilər və videoçarx təqdim olundu.