Əhməd Cavadın 130illik yubileyinə həsr edilmiş dəyirmi masa

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Musayeva Tamam və 8-ci sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Əhməd Cavadın 130illik yubileyinə həsr edilmiş dəyirmi masada şagirdlər onun həyatına dair geniş məlumat verdilər. Eyni zamanda Əhməd Cavad yaradıcılığına aid şeirlər səsləndirildi. Ə. Cavadın şeirlərinə bəslənilmiş musiqilər fonunda şagirdlərin rəqsi nümayiş edildi. Dəyirmi masada məktəbin digər Azərbaycan dili və ədəbiyyat müəllimləri də iştirak etdilər və Ə. Cavad yaradıcılığı haqqında şagirdlərlə söhbət apardılar.