"Şuşanın qoxusunu gətirmişik”adlı rəsm və əl işlərindən ibarət sərgisi təşkil olundu

4 noyabr tarixində Zəfər Gününə həsr olunmuş məktəbə hazırlıq sinfi (0e sinfi) və 4e sinif şagirdlərinin "Şuşanın qoxusunu gətirmişik”adlı rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunmuşdur. Sərginin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir. Həmçinin işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərini tərənnüm etmək, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq da əsas hədəflərdəndir.
8 Noyabr Zəfər Günü tarixin ən parlaq səhifəsidir. Bu şanlı tarix Azərbaycan xalqının birliyinin,ordumuzun gücünün, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik bacarığının təzahürürdür.
Daim zirvələrdə olmaq diləyilə 4e və məktəbə hazırlıq sinfinin (0e sinfi) şagirdləri bütün soydaşlarımızı təbrik edir.Dastana dönən zəfərin mübarək, Azərbaycan!