Əsrə bərabər 25 il

24 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı “Əsrə bərabər 25 il” mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbirdə fənn müəllimləri, VIII-XI sinif şagirdləri iştirak edirdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasında böyük rol oynayan, ömrünü Azərbaycan Respublikasının müsqtəqil dövlət kimi inkişafına həsr edən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdlər tərəfindən hazırlanmış çıxışlar,stendlər, VIII sinif şagirdləri Mirzəyeva Şərqiyyə,Məlikzadə Firuzə,Bayramlı Arzu, Babayeva Leylanın söylədikləri şeirlər dinlənildi, VIII”b” sinif şagirdi Əsgərov İbrahimin hazırladığı video-slayd nümayiş etdirildi. X”b” sinif şagirdi Məmmədəliyeva Sevinc Vüqar qızı isə öz xalqının,Vətənin taleyini hər şeydən uca tutan Heydər Əliyev haqqında hazırladığı təqdimatı nümayiş etdirdi. Xalq üçün,Vətən üçün yaşayanlar heç vaxt unudulmur. Belə insanlar milyonların qəlbində,ürəyində əbədi yaşayır - ulu öndər Heydər Əliyev kimi. O,bir məktəbdir ki,hər bir azərbaycanlı ondan Vətən üçün yaşamağın,vətənpərvərliyin nə demək olduğunu öyrənəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi