"Zəfər-44" adlı rəsm sərgisi təşkil edildi

Məktəbin təsviri incəsənət müəllimi Bayramnisə Quliyevanın təşkilatçılığı ilə V-VII sinif şagirdlərinin "Zəfər-44" adlı rəsm sərgisi təşkil edildi. Maraqlı kompozisiyalarla yadda qalan sərgiyə məktəbin müəllim və şagird kollektivi xüsusi diqqət göstərdi. Məktəblilər yoldaşları ilə rənglərin verdiyi ecazkar hisslərlə bölüşdülər, rəsm müəllifi olan şagirdlərlə polemika qurdular.